Latviyanın paytaxtındakı “Riqa arenası”nda OE televiziya kanalı növbəti illik təltifetmə mərasimi və “OE Video Music Awards 2011” qala-konserti keçirib. 
   Latviya, Rusiya, Ukrayna, Finlandiya, İsveç və Estoniyadan 20-dən çox ifaçının qatıldığı konsertdə “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri - Eldar Qasımov və Nigar Camal da iştirak ediblər. Azərbaycanlı ifaçılar “MDB ölkələrində Best İnternational Video” “OE Video Music Awards 2011” mükafatı ilə təltif olunublar. Mərasimdə Eldar Qasımov və Nigar Camal məhəbbət haqqında “Running Scared” balladasını ifa ediblər.