Dekabrın 8-də Türkiyədə “WOMİST - İstanbul Dünya Musiqi Festivalı” başlayıb. Festivalda müxtəlif ölkələri təmsil edən məşhur musiqiçilər iştirak edir.
   Festival çərçivəsində, dekabrın 14-də Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə İstanbuldakı Fatih Əli Əmri Əfəndi Mədəniyyət Mərkəzində keçiriləcək konsertdə çıxış edəcək. Festivala dekabrın 19-da yekun vurulacaq.