Nijni Novqorod şəhərində yaşayan klassik gitara ifaçısı, soydaşımız Rövşən Məmmədquliyev nüfuzlu GFA-2012 müsabiqəsində (Amerika Gitara Fondunun beynəlxalq müsabiqəsi) qalib gəlib.
   
   Rusiya nümayəndələri indiyə qədər üç dəfə (1991, 2001, 2011) GFA müsabiqəsinin qalibi olublar. Bu sıraya öz adını əlavə edən Rövşən Şahbaz oğlu Məmmədquliyev 1986-cı ildə Bakı şəhərində doğulub. Klassik gitarada ifa etməyi Nijni Novqorod şəhərindəki 7 nömrəli uşaq incəsənət məktəbində öyrənib. 2004-cü ildə M.A.Balakirev adına Nijni Novqorod Musiqi Kollecini fərqlənmə ilə bitirərək M.İ.Qlinka adına Nijni Novqorod Dövlət Konservatoriyasına (Akademiyasına) daxil olub. 2009-cu ildə bu təhsil müəssisəsini də fərqlənmə ilə bitirib.
   Soydaşımız Rusiya, Fransa, Ukrayna, İtaliya, Portuqaliya, Polşa və digər ölkələrdə keçirilmiş müxtəlif müsabiqə və festivallarda müvəffəqiyyət qazanıb. Onun yaradıcılıq uğurları Rusiya Prezidenti Vladimir Putinin mükafatı, Nijni Novqorodun meri Y.Lebedevin, Nijni Novqorod vilayətinin qubernatoru Q.Xodırevin, “Yeni adlar” beynəlxalq xeyriyyə proqramının təqaüdləri ilə qeyd edilib. Hazırda Rövşən Məmmədquliyev Nijni Novqorod Konservatoriyasının aspirantı və müəllimidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar