Xəbər verdiyimiz kimi, Rəşid Behbudov adına Mahnı Teatrında VIII Bakı Beynəlxalq Müəllif Mahnısı Festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən festivalın sponsoru qismində Gənclər və İdman Nazirliyi çıxış edib. Festivala laureatların iştirak etdiyi qala-konsertlə yekun vurulub.
   “Bakı - ən yeni tarix” devizi altında keçirilən festivalda peşəkar müğənnilərlə yanaşı, həvəskarlar da iştirak edirdi. Müəllif mahnısı konsertləri iyulun 10-dan 19-dək təşkil edilmişdi. Tbilisi müəllif mahnısı klubu bu il ilk dəfə olaraq festivala qatılmışdı.
   Builki festivalda ilk dəfə olaraq müsabiqə keçirilib. Müsabiqədə yer bölgüsü olmasa da, qaliblərə qala-konsertdə mükafatlar və diplomlar təqdim edilib. Qala-konsertdə festivalın ilk laureatları Çingiz Bahadov və Aleksandr Vanin çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar