Latviyanın Liyepaya şəhərində musiqi festivalı keçirilir. Festival “Liyepaya yayı” əfsanəvi yay simfonik musiqi silsiləsinin davamıdır. Avqustun 17-də bu mədəni tədbir çərçivəsində Latış Cəmiyyəti Evində “Kəhrəba səs” Liyepaya simfonik orkestri növbəti dəfə Azərbaycanın tanınmış dirijoru Yalçın Adıgözəlovun rəhbərliyi altında çıxış edəcək. Konsert proqramında fransız musiqisinin inciləri təqdim olunacaq, habelə Latviya skripkaçısı Paula Şumane çıxış edəcək.
   Orkestrin bədii rəhbəri Atvars Lakstiqala Azərbaycan dirijorunun çıxışından danışarkən deyib: “Bu konsert çox böyük maraq doğurur. Mən həm həssas fransız impressionizmini, həm Azərbaycan ehtirasını və həm də “Kəhrəba səs” Liyepaya simfonik orkestrinin şəffaf ahəngini eşitməyə tələsirəm”.
   “Liyepaya yayı” musiqi festivalı avqustun 30-dək davam edəcək.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar