Qazaxıstan paytaxtında böyük müğənni Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş "Nə qədər ki, xatırlayıram, sağam..." adlı konsert proqramı hazırlanır.
Konsert sentyabrın 21-də Astanada "Qazaxıstan" mərkəzi konsert zalında keçiriləcək. Bu ərəfədə, yəni sentyabrın 19-da bu zalın foyesində müğənniyə həsr olunmuş fotosərgi açılacaq.
Gecənin təşkilatçıları Maqomayevin mahnılarını yalnız kişi ifaçıların oxumasına qərar veriblər. Bu mahnıların isə, demək olar, hamısı qadınlara həsr olunub. Konsertin daha bir xüsusiyyəti ondadır ki, iştirakçıların əksəriyyəti Qazaxıstandan, Azərbaycandan və Rusiyadan olan gənc istedadlı müğənnilərdir. Lakin burada Alibek Dnişev, Lev Leşenko kimi səhnə ustaları da çıxış edəcəklər.
SSRİ Xalq artisti, müğənninin bütün həyatının sevgisi Tamara Sinyavskaya gecənin fəxri qonağı olacaq.