Sentyabrın 18-də Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 127 ili tamam olur. Bu münasibətlə görkəmli bəstəkarın musiqilərindən ibarət xüsusi CD hazırlanır. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov bildirib ki, disk sentyabrın 18-də musiqisevərlərin ixtiyarına veriləcək: “Albomda Üzeyir bəyin “Arşın mal alan” operettası, “O olmasın, bu olsun”, “Koroğlu” operasından parçalar, görkəmli bəstəkarımızın vətənpərvərlik mövzusunda olan parçaları yer alacaq”.
Albomda mahnılar Ramil Qasımovun ifasında təqdim olunur. O qeyd edib ki, dahi bəstəkarın 127 illiyi ilə əlaqədar musiqi kollektivlərinin ifasında Üzeyir bəyin və Müslüm Maqomayevin əsərlərindən ibarət böyük konsert proqramı, eyni zamanda gənclərlə birgə “Arşın mal alan” operettasının radio versiyası da hazırlanır.