TÜRKSOY-un gerçəkləşdirdiyi layihələrdən biri də Gənclər Kamera Orkestridir. Üzv ölkələrin istedadlı ifaçılarının yer aldığı kollektiv müxtəlif konsert proqramları ilə çıxış edir.
   
   Bu günlərdə orkestr görkəmli Azərbaycan bəstəkarı və dirijoru maestro Niyazinin 100 illik yubileyinə həsr olunmuş konsertlərə başlayıb. Avqustun 31-də Ankara Rəsm və Heykəl Muzeyinin salonunda təşkil olunmuş ilk konsertdə Bakı Musiqi Akademiyasının tələbələri Mustafa Mehmandarov, Elvin Nəcəfov və Nazim Musayev də iştirak ediblər. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikalarının gənc musiqiçiləri də orkestrin tərkibinə daxildirlər.
   Orkestr Ankara, Antalya və Şimali Kiprdəki konsertlər ərəfəsində tanınmış musiqiçilər - Türkiyə Prezident Aparatı Simfonik Orkestrinin şefi Erol Erdinç və maestro Anvar Akbarovun rəhbərliyi ilə yeni repertuar hazırlayıb. Repertuarda maestro Niyazi və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri var.
   Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin qardaş ölkədəki səfirliyinin əməkdaşlarının, digər rəsmi şəxslərin də dəvət olunduğu konsertdən əvvəl çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov maestro Niyazinin zəngin yaradıcılığı barədə məlumat verib, təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edib.
   Konsertdən sonra orkestrin üzvlərinə xatirə hədiyyələri təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar