![](/img/news/700x420/9281.jpg)
Sentyabrın 29-da Vaqif Mustafayev adına 2 saylı incəsənət məktəbində festivalın Bakı şəhəri üzrə seçim turu gerçəkləşib. Bakı və ətraf qəsəbələrdən 20 istedadlı gəncin qatıldığı seçim turunun yekununda Cabbar Qaryağdıoğlu adına musiqi məktəbinin şagirdi Mirpaşa Mustafa oğlu Şükürov (12 yaş) finala vəsiqə qazanıb.
IV Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi və qaliblərin mükafatlandırılması oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.