Oktyabrın 16-dan 25-dək Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək. 10 gün ərzində Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış edəcəklər.
   Festivalda Mayk Stern (ABŞ), Qonzalo Rubalkaba (Kuba-ABŞ), Qlen Miller Caz Orkestri, Karmen Souza (Portuqaliya), Aleksandr Maşın (Rusiya), H30 qrupu (İsveçrə), Luçiano Biondini (İtaliya), Grzegorz Karnas (Polşa), "Breeze of caucasus" triosu (Gürcüstan), "Kool and the Ganq" qrupu (ABŞ), Esra Dalfidan (Hollandiya), Vyaçeslav Qryaznov (Rusiya), Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski, Emil Əfrasiyab, Natiq Şirinov, Tünzalə Ağayeva, Tofiq Cabbarov, Əfqan Rəsul, Elçin Şirinov, Zaur Mirzəyev, Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri, Əməkdar artist Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" Kamera Xoru və digər ifaçılar çıxış edəcəklər. Festivala "Mədəniyyət" kanalı, 106 FM, Day.az və "Jazz Dünyası" jurnalı informasiya dəstəyi verir.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar