Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı ilə ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqoda Azərbaycan muğamından ibarət konsert proqramı təqdim edilib. Tədbir baş konsulluğun təşəbbüsü ilə elan edilən “Kaliforniyada Azərbaycan muğamı ayı” çərçivəsində təşkil olunub. Konsert NASA tərəfindən 1977-ci ildə kosmosa göndərilmiş Voyager kosmik aparatına bərkidilmiş “Qızıl val”a Azərbaycan muğamının da daxil edilməsinin 35-ci ildönümünə həsr edilib.
   Ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq muğamın Azərbaycan xalqının milli sərvəti olduğunu qeyd edib, bu qədim musiqi ənənələrinin qorunub saxlanılması və təbliği istiqamətində görülən işlərdən danışıb.
   NASA-nın Kaliforniyada yerləşən tanınmış elmi mərkəzinin əməkdaşı Voyager kosmik aparatı və “Qızıl val” barədə ətraflı təqdimatla çıxış edib. Voyager “Qızıl val”ına daxil edilmiş, balabanda ifa edilən “Şur” muğamı ölkəmizin dilbər guşələrinin videogörüntülərinin müşayiəti ilə səsləndirilib.
   Sonra Azərbaycan muğam ustaları Aytən Məhərrəmova, Vüsalə Musayeva və İlkin Əhmədov, eləcə də instrumental üçlük - İmamyar Həsənov (kamança), Elşən Qasımov (nağara) və Rüfət Həsənov (tar) rəngarəng Azərbaycan muğamlarını ifa ediblər. Musiqi nümunələrimiz, xüsusilə “Sarı gəlin” xalq mahnısı və “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar