İtaliyanın Verçelli şəhərində təşkil edilən Xalq poeziyası festivalı çərçivəsində Xəzər Universiteti və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Xalq artisti Arif Babayev, musiqiçilər Mirnazim Əsədullayev və Ramin Sultanov “Muğam-Azərbaycan xalq musiqisi” adlı konsert proqramı ilə çıxış ediblər. Tədbirə yerli mədəniyyət və incəsənət xadimləri, iş adamları, akademik dairələrin və şəhər meriyasının nümayəndələri qatılıblar.
   Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndəsi ölkələrimiz arasında tarixi, siyasi, iqtisadi və mədəni əlaqələrdən danışıb. Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı qonaqlara Azərbaycan muğamı haqqında geniş məlumat verib. Konsertdə səslənən muğamlar qonaqlarda böyük maraq doğurub.
   Tədbirdən sonra Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və Hamlet İsaxanlı Verçellinin meri Andrea Korsaro ilə görüşüblər. Şərq Piyemonte və Xəzər Universitetləri arasında əməkdaşlığın genişlənməsi barəsində fikir mübadiləsi aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar