Bakı şəhər R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin fortepiano müəllimi, Əməkdar müəllim Tamilla Məmmədovanın şagirdləri - Prezident təqaüdçüsü Kamil Həsənov, Jalə Mailova, Emil Əhmədzadə, Rahib İsgəndərov, Nərmin Əliyeva və Nəzrin Nəzirli 25 oktyabr - 1 noyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş iki müsabiqədə uğurla iştirak ediblər.
   "Budapeştin ulduzları - gənclik, ilham, istedad" adlı XI Beynəlxalq Uşaq və Gənclər Yaradıcılıq Festival-Müsabiqəsinə və "Macar oyunları" XIV Beynəlxalq Festival-Müsabiqəsinə Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Rusiya, Ukrayna, Yaponiyadan istedadlı uşaqlar qatılıblar.
   Şagirdlərimiz "Budapeştin ulduzları - gənclik, ilham, istedad" festival-müsabiqəsində yüksək nəticə göstəriblər. Fortepiano solo nominasiyası üzrə Jalə Mailova, Emil Əhmədzadə (II yaş qrupu), Kamil Həsənov, Rahib İsgəndərov (III yaş qrupu) I mükafata, Nəzrin Nəzirli (II yaş qrupu), Nərmin Əliyeva (III yaş qrupu) II mükafata layiq görülüblər. Fortepiano ansamblı nominasiyası üzrə Jalə Mailova və Emil Əhmədzadə I, Rahib İsgəndərov və Kamil Həsənov II mükafatla təltif olunublar.
   "Macar oyunları" festival-müsabiqəsində fortepiano solo nominasiyası üzrə J.Mailova I, E.Əhmədzadə II, K.Həsənov, R.İsgəndərov və N.Əliyeva III dərəcəli laureat adına, N.Nəzirli I dərəcəli diplomant adına layiq görülüblər. Fortepiano ansamblı nominasiyası üzrə J.Mailova və E.Əhmədzadə I dərəcəli, R.İsgəndərov və K.Həsənov II dərəcəli laureat adını qazanıblar.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar