Moskvadakı Beynəlxalq Musiqi Evində Azərbaycanın Əməkdar artisti, tanınmış estrada müğənnisi, Sərxan Sərxanın 60 illiyi münasibətilə yubiley konserti olub. 
   Ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə müğənni pərəstişkarları üçün sevilən kompozisiyalarını ifa edib. Populyar Azərbaycan melodiyaları, rus dilində estrada mahnıları səslənib.
   Konsertdə Sərxan Sərxanın çoxsaylı pərəstişkarları arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da olub. O, yubilyarı təbrik edərək, onunla Bakı Filarmoniyasının direktoru işlədiyi zaman tanış olduğunu xatırladıb, birlikdə işlədiyi illəri yada salıb. Sonra səfir “Gəl, ey səhər”, “Zəng et” mahnılarını yubilyarla birlikdə gurultulu alqış sədaları altında ifa edib.
   Sərxan Sərxan yaradıcılıq karyerasına gitarada ispan mahnıları ifa etməklə başlayıb. Bakıda çoxlu konsertlər verib, habelə bir çox ölkələrə qastrol səfərləri edib. 1991-ci ildə Moskvaya köçən müğənni Vətənini də unutmur, pərəstişkarları ilə görüşə gəlir. Bu yaxınlarda müğənni 60 illik yubileyini doğma şəhərdə konsert proqramı ilə qeyd edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar