Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoyun xatirəsi Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Vasif Adıgözəlovun “Çanaqqala-1915” oratoriyası ilə anılıb.
   Böyük şairin vəfatının 76-cı ildönümü ilə bağlı Ankara Dövlət Opera və Balet Teatrında təşkil olunmuş konsertdə teatrın simfonik orkestri və solistləri tanınmış türk dirijoru Rengim Gökmənin rəhbərliyi ilə “Çanaqqala-1915” oratoriyasını ifa ediblər. Lyubomira Aleksandrovanın rəhbərlik etdiyi xor, solistlər Tuncay Kurtoğlu, Esin Talınlı və Ferda Yetişerin ifası tamaşaçıların alqışları ilə qarşılanıb.
   Konsertin sonunda Türkiyənin Qurtuluş müharibəsinə həsr olunmuş möhtəşəm əsərin müəllifi olan azərbaycanlı bəstəkarın da xatirəsi yad edilib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar