Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə Berkli Universitetinin musiqi fakültəsində muğam konserti keçirilib. Baş konsulluqdan verilən məlumata görə, İmamyar Həsənov (kamança), Rüfət Həsənov (tar) və Elşən Qasımovun (nağara) ifa etdikləri “Çahargah”, “Bayatı-Şiraz”, “Mahur”, “Şur”, “Şahnaz”, “Segah” və digər Azərbaycan muğamları tamaşaçıları riqqətə gətirərək onların sürəkli alqışları ilə qarşılanıb. Konsertdə Berkli Universitetinin professor və tələbə heyəti, bir sıra qonşu universitetlərdə çalışan musiqişünaslar və peşəkar musiqiçilər iştirak ediblər.
   Qeyd edək ki, muğam triosu tərəfindən Stanford Universitetində də geniş konsert proqramı təqdim olunub.