Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “Zirvələrə doğru” konsert-müsabiqənin birinci seçim turu üçün müraciətlərin qəbul müddəti bitib.
   Çoxsaylı müraciətlər arasında vokal ifaçıları çoxluq təşkil edib. Digər müraciətlər sırasında muğam, aktyorluq sənəti, müasir rəqslərin ifası, müxtəlif musiqi alətlərində ifaçılıq və s. qeyd etmək olar. Müraciət edənlər arasında musiqi təhsili olmayanlar da kifayət qədərdir.
   Konsert-müsabiqənin ikinci seçim turu üçün müraciətlərə martın 1-dən start veriləcək. Müraciətlər martın 1-dən 20-dək qəbul olunacaq. Müsabiqədə 16 yaşdan 30 yaşadək olan gənclər - səsi, musiqi alətlərində ifaçılıq bacarığı, aktyorluq, bədii qiraət, orijinal janrda istedadı olanlar, kiçik xor kollektivləri iştirak edə bilərlər.
   Seçim turlarının sonunda daha istedadlı iştirakçıların Heydər Əliyev Sarayında böyük konsert proqramı keçiriləcək, fərqlənənlər diplomlarla mükafatlandırılacaqlar.
   Arzu edənlər müsabiqənin təşkilat komitəsinə müraciət edə bilərlər.
   Təşkilat komitəsinin əlaqələndiricisi Heydər Əliyev Sarayının rejissoru Sədaqət Cəfərovadır. Əlaqə telefonları:
   (012) 498-84-67, 498-84-76 (ext. 134)
   Mobil: (055) 482-20-40
   e-poçt: office@ha-saray.az
   Ətraflı məlumat: www.ha-saray.az,
   www.facebook.com/heydaraliyevpalace