Fevralın 17-dən 21-dək Serbiyanın paytaxtı Belqradda gənc pianoçuların Davorin Jenko adına IX beynəlxalq müsabiqəsi keçirilib. Beş kateqoriya üzrə keçirilən və Serbiya, Rusiya, Ukrayna, Sloveniya, Makedoniya, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina, Bolqarıstan və Çexiyadan gənc istedadların iştirak etdikləri müsabiqədə ölkəmizi Xırdalan şəhər uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Fidan Əmişova təmsil edib. Müsabiqəyə ixtisas müəllimi Arzu Manafova ilə gedən yeniyetmə pianoçu “A” kateqoriyası üzrə yarışmada uğurla çıxış edib. Fidan Əmişovanın ifasında İ.S.Bax, Y.Haydn, F.Şubert və T.Quliyevin əsərləri münsiflər heyəti tərəfindən razılıqla qarşılanıb və onun çıxışı yüksək (97,67 bal) qiymətləndirilib.
   Fidan Əmişova I dərəcəli diploma, ixtisas müəllimi Arzu Manafova isə müsabiqəyə yüksək səviyyəli şagird hazırladığına görə fəxri diploma layiq görülüb.
   
   Ceyhun 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar