Aygün Bayramovanın sənət yolu haqqında kitab
   
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Aygün Bayramovaya həsr olunmuş “Qarabağ həsrətli “Segah” kitabı işıq üzü görüb. Kitab Aygün Bayramovanın xanəndə, opera solisti, Azərbaycan Milli Konservatoriyasının dosenti, Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi kimi keçdiyi yoldan, həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən bəhs edir.
   “Apostrof” çap evində nəfis tərtibatla nəşr edilmiş kitabın müəllifləri Əməkdar jurnalist Vasif Səmədov və Səbinə Sadıxqızıdır. Nəşrin redaktoru “Kaspian İzvestiya” beynəlxalq informasiya agentliyinin prezidenti İradə Məmmədovadır.
   Akademik Vasim Məmmədəliyev kitaba yazdığı “Ön söz”də Azərbaycan muğam ifaçılığının inkişafında özünəməxsus yeri olan Aygün Bayramovanın sənət yolundan və milli musiqimizə verdiyi dəyərli töhfələrdən söz açır.
   Kitabla yaxından tanış olan hər bir kəs buradakı iki DVD disk vasitəsilə xanəndənin müxtəlif illərdə lentə alınmış ifalarını dinləmək imkanı əldə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar