Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə martın 9-dan 19-dək davam edən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı ölkəmizin mədəni həyatında mühüm hadisə olmaqla yanaşı, milli musiqi sənətimizin təbliğinə, mədəniyyətlərarası dialoqa böyük töhfə oldu, sənətsevərlərin yaddaşında dərin iz qoydu. Festival günlərində Bakıda və ölkəmizin müxtəlif regionlarında rəngarəng konsertlər, musiqi tədbirləri gerçəkləşdi.
Martın 18-də Beynəlxalq Muğam Mərkəzində festivalın son konsertində eyni səhnəni bölüşən Türkiyə və Azərbaycan musiqiçiləri maraqlı proqramla çıxış ediblər. Əvvəlcə Türkiyənin “Anadolunun səsləri” qrupu “Bozlak ve Semah” musiqi nömrəsini təqdim edib.
Konsertin ikinci hissəsində Azərbaycan xanəndələri - Xalq artisti Nəzakət Teymurova və gənc muğam ifaçısı Vəfa Vəzirova “Hümayun” muğamını təqdim ediblər.
Xanəndələri Əməkdar artist Əliağa Sədiyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), Şirzad Fətəliyev (nəfəs alətləri), Çinarə Mütəllibova (qanun), Eyvaz Həşimov (qoşanağara), Hüsaməddin Əzizov (nağara), Şəhriyar İmanov (ud), Nizami Allahverdiyev (balaban) və Qalib Həşimov (ud) müşayiət ediblər. Konsert çoxsaylı tamaşaçı alqışları ilə qarşılanıb.