Xəbər verdiyimiz kimi, aprelin 23-dən 26-dək Bakıda İSESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və “Kainat” Gənclik Mərkəzinin birgə təşkilatçılığı ilə İslam dünyası gənc klassik musiqi ifaçılarının II beynəlxalq festival-müsabiqəsi keçiriləcək.
Müsabiqə iki yaş qrupu (15 yaşadək və 15-20 yaş arası) üzrə instrumental ifaçı-musiqiçilər arasında keçirilir. “Kainat” Gənclik Mərkəzindən bildiriblər ki, müsabiqədə ölkəmizi təmsil edəcək ifaçılar bəlli olub. Seçim turunda ansambl, fortepiano, orqan, simli və nəfəs alətləri üzrə hər iki yaş qrupunda 17 ifaçı iştirak edib. İştirakçılar BMA-nın prorektoru, Xalq artisti Yeganə Axundovanın sədrliyi ilə münsiflər heyəti tərəfindən seçilib.
Böyük yaş qrupu üzrə Nərmin Rzayeva, Züleyxa Usubova, Kamil Həsənov, Rahib İsgəndərov, Nigar Qəhrəmanova, Elgün Ağazadə, Kənan Mailov, Firəngiz Abdullayeva, Yusif Yusifov, kiçik yaş qrupu üzrə isə Rəşid Behbudov, Leyla Zeynalova, Fatimə Əliyeva, Emil Əhmədzadə, Nəzrin Nəzirli, Zərif Alxazova, Orxan Hüseynov və Cavidan Rəsulov seçim turundan keçərək beynəlxalq müsabiqədə iştirak etmək imkanı qazanıblar.