Aprelin 18-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Xoreoqrafiya Məktəbinin şagird və tələbələrinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konserti keçirilib. Konsertdə məktəbin şagird və tələbələrinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının balet, vals və rəqsləri təqdim olunub.
   Məktəbin klassik və xalq bölməsinin şagird və tələbələrinin təqdimatında Qara Qarayevin “Yeddi gözəl”, P.Çaykovskinin “Şelkunçik”, “Yatmış gözəl”, L.Minkusun “Paxita”, “Don Kixot”, P.Gertelin “Əbəs yerə ehtiyat”, A.Adanın “Jizel” baletlərindən variasiyalar, “Azərbaycan” süitası, Polşa, Norveç, rus xalq rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar