Aprelin 25-də Bakıda İSESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə “İslam dünyası gənclərinin klassik musiqi ifaçılarının 2-ci beynəlxalq festival-müsabiqəsi” keçiriləcək.
20 yaşınadək ifaçılar arasında keçirilən tədbirə Azərbaycan, Türkiyə, Misir, İraq, Türkiyə, Rusiya (Dağıstan), Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Küveyt və Mərakeşin 100-ə yaxın gənc istedadı qatılacaq.
Festival-müsabiqənin açılışı R.Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Burada müsabiqənin böyük yaş qrupu üzrə beynəlxalq münsiflər heyətinin (sədr - Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Yeganə Axundova) iştirakı ilə qala-konsertə vəsiqə qazanacaq ifaçıların seçimi olacaq. Aprelin 26-da isə Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında kiçik yaş qrupu üzrə seçim turu keçiriləcək.
Həmin gün axşam Bakı Musiqi Akademiyasının böyük konsert zalında finalçıların qala-konserti və qaliblərin mükafatlandırılması mərasimi baş tutacaq.