Xəbər verildiyi kimi, aprelin 29-dan Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, “JA1 Biznes & Event”in təşkilati dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi keçirilir.
Yarışma yerli və əcnəbi tələbələr arasında musiqinin 6 janrı üzrə aparılır. Ümumilikdə yarışmaya 130 nəfərdən çox iştirakçı qatılıb. İştirakçılar vokal, xanəndə, estrada, xalq çalğı alətləri, fortepiano və aşıq musiqisi janrları üzrə 2 turdan ibarət olan yarışmada öz bilik və bacarıqlarını sınayırlar.
Müsabiqənin bağlanış mərasimi mayın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Qaliblərə pul mükafatları, qiymətli hədiyyə və diplomlar təqdim olunacaq.