TRT-nin məşhur musiqi kollektivi Heydər Əliyev Sarayında ümummilli liderin 90 illik yubileyi münasibətilə möhtəşəm konsert proqramı ilə çıxış etdi
   
   Mayın 1-də Heydər Əliyev Sarayında Türkiyə Radio və Televiziyasının (TRT) “Axşam səfası” musiqi kollektivi geniş konsert proqramı ilə çıxış etdi. "Bir millət, iki dövlət" adlı konsert ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə təşkil edilmişdi. Dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət, ədəbiyyat, media mənsubları, çoxsaylı azərbaycanlı və türkiyəli musiqisevərin izlədiyi proqram rəngli görüntülərlə yadda qaldı.
   14 il əvvəl yaradılmış TRT-nin musiqi qrupu Bakıya 40 nəfərlik heyətlə gəlmişdi. Qrupun tərkibində fəaliyyət göstərən bir-birindən gözəl səsə malik solistlərin təqdim etdikləri Azərbaycan və türk mahnıları musiqisevərlərin zövqünü oxşadı.
   Gecədə TRT-nin məşhur sənətçiləri ilə yanaşı, Azərbaycan müğənniləri də səhnəyə çıxdılar.
   Səhnəyə birinci dəvət olunan Azərbaycanın Xalq artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımovanın ifa etdikləri mahnılar alqışlarla qarşılandı. Müğənnilər ecazkar ifaları ilə konsert iştirakçılarının qəlbini sehrlədi.
   Sonra TRT-nin “Axşam səfası’’ ansamblı, TRT Müzik kanalının musiqi heyəti paytaxtımızın baş səhnəsindən Anadolu rüzgarı ilə sənətsevərlərin ruhunu oxşadı. Konsertdə həmçinin Əməkdar artist Tünzalə Ağayeva, Türkiyənin Azərbaycanda yaşayan opera sənətçisi Oya Ergünün ifaları dinlənildi. Bütün musiqi nömrələri, xüsusilə Tünzalə Ağayevanın ifasında “Sarı gəlin” xalq mahnısı tamaşaçıların böyük alqışını qazandı. Konsert zamanı səhnədə quraşdırılmış monitorda paytaxtımızın gözəlliyini əks etdirən görüntülər nümayiş olunurdu.
   Qeyd edək ki, konsert proqramı TRT Avaz və TRT Müzik kanalları və İctimai Televiziya ilə canlı yayımlanırdı.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar