Qaradağ rayonundakı 5 nömrəli uşaq incəsənət məktəbinin akt zalında 28 nömrəli uşaq musiqi məktəbinin yekun konserti olub. Konsertdən əvvəl məktəbin 2012/2013-cü tədris ilindəki uğurları barədə məlumat verilib, bir qrup müəllim və şagird Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin tərifnamə və diplomları ilə təltif edilib.
   Proqramda məktəbin şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı “Rast” rəngi və Emin Sabitoğlunun “Qəlbimdə qaldı” mahnısı ilə çıxış edib, respublika müsabiqəsinin diplomantları olmuş şagirdlərin ifasında Fikrət Əmirovun “Vals” və s. əsərləri səsləndirilib.