Bolqarıstanın Varna şəhərində uşaqlar arasında “Golden Sparkles European Music” festivalı keçirilib. Müsabiqədə ölkəmizi 5 yaşlı Selcan Müseyibova təmsil edib. O, müsabiqədə Məryəm Əlibəylinin “Oxuyaq nəğmələri” mahnısını ifa edib. Bolqarıstan, İtaliya, Rusiya, Almaniya, Ukrayna və s. ölkələrdən çox istedadlı və səhnə təcrübəsi olan uşaqların iştirak etdikləri müsabiqədə bütün yaşda ən kiçik olan təmsilçimiz səhnədəki çıxışı ilə həm münsiflərin, həm də tamaşaçıların rəğbətini qazanıb.
Selcan Müseyibova iki diplomla vətənə dönüb. O, “Ən yaxşı hit” və “Ən perspektivli ifaçı” kimi təşkilat komitəsinin xüsusi nominasiyasına layiq görülüb. Balaca ifaçı 3 yaşından səhnədədir və hazırda “Cücələrim” uşaq qrupunun solistidir.