ABŞ-ın məşhur “Filliqar” rok qrupu ölkəmizə səfəri çərçivəsində Mingəçevir şəhərində konsert proqramı ilə çıxış edib. Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan konserti yüzlərlə musiqi həvəskarı dinləyib.
   Qeyd edilib ki, “Filliqar” rok qrupu ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən mədəniyyətlərarası anlaşma və əməkdaşlığa həsr olunmuş “Mədəniyyət elçiləri” proqramı çərçivəsində ölkəmizə gəlib. Kollektiv bundan öncə Bakı, Şəki və Qəbələdə çıxış edib.
   Məlumat verilib ki, “Filliqar” ABŞ-ın ən yaxşı rok qruplarından sayılır və onun “The Nerve” adlı sonuncu albomu 2012-ci ildə ilin ən yaxşı albomu seçilib.
   Mingəçevir şəhərinin Heydər Əliyev parkında, açıq havada təşkil olunan konsert musiqisevərlərə xoş ovqat bəxş edib.