İyulun 6-da Bakıda DJ-ing üzrə ən mötəbər Thre3Style dünya çempionatının milli final görüşləri keçiriləcək. Üç musiqi janrında 15 dəqiqəlik yarışlardan ibarət çempionatda Azərbaycanın səkkiz tanınmış DJ-ləri - DJ Twist, DJ Seym, DJ Ed, DJ Ayzk, DJ Apple, DJ Amaori, DJ Rimas və DJ Rasl birincilik uğrunda mübarizə aparacaq.
   DJ-ləri üç hakimdən ibarət professional musiqi sənayesinin təcrübəli xadimləri Dj Qbert (Amerika), DJ Karve (Fransa) və Dj Scream (Ukrayna) qiymətləndirəcək.
   Hakimlər iştirakçıları beş meyar - treklərin yığılması, texnika, yaradıcılıq, səhnədəki performans və ən əsası, kütləni coşdurmaq bacarığına görə seçəcəklər.
   Çempionatın qalibi noyabrın 4-dən 9-dək Kanadanın Toronto şəhərində keçiriləcək dünya finalında ölkəmizi təmsil etmək hüququ qazanacaq.