Litvanın Neringa şəhərində incəsənət sahələri üzrə “Baltic voice” (“Baltik səsləri”) beynəlxalq musiqi festivalı başa çatıb. Festivalda iştirak edən gənc azərbaycanlı müğənni Səid İsmayılzadə solo ifasına görə ikinci yerə layiq görülüb.
Bakı Musiqi Akademiyasının müəllimi, yarışmanın Azərbaycandan olan münsifi Dmitri Babayev bildirib ki, S.İsmayılzadə festivalda iki kompozisiya (milli və xarici) ifa edib.
Litva, Latviya, Estoniya, Azərbaycan və Belarusun məşhur universitetlərindən professorların, mədəniyyət xadimlərinin daxil olduqları münsiflər heyəti festivalda həmyerlimizin çıxışını yüksək qiymətləndirib. S.İsmayılzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb. Hazırda AzTV-nin simfonik orkestrində skripka ifaçısıdır.