Bakıda Türkiyə musiqi qrupunun konserti
   
   İyunun 26-da Bakıdakı Yaşıl Teatrda ”Musiqi festivalı” keçirilib. Festival Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qafqaz Universiteti, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi və Ondoqquz Mayıs Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb. İki ölkə sənətsevərlərinin iştirak etdikləri tədbirdə Ondoqquz Mayıs Universitetinin 41 nəfərdən ibarət türk musiqi qrupu Türkiyənin görkəmli bəstəkarlarının seçilmiş əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. İki hissədən ibarət konsertdə xalq musiqiləri də səsləndirilib.
   Türkiyənin Samsun şəhərində yerləşən Ondoqquz Mayıs Universiteti 1975-ci ildə qurulmuş dövlət təhsil müəssisəsidir.