Tələbələrin beynəlxalq mahnı müsabiqəsi
   
   İyunun 21-də Heydər Əliyev Sarayında “Birinci ol” şüarı altında “Univiziya” tələbələrin I beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkil etdiyi müsabiqəyə Avropa, Asiya və Amerika qitələrindən 20-dək ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin tələbə ifaçıları və münsiflər qatılacaq.
   Müsabiqədə ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1-12 bal verəcək. Qaliblər pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Azərbaycanı beynəlxalq müsabiqədə Qafqaz Universitetinin tələbəsi Zərrin Mahmudzadə təmsil edəcək.