Hey­dər Əli­yev Fon­du­nun təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lən V Qə­bə­lə Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lı iki həf­tə ər­zin­də müx­tə­lif öl­kə­lə­ri təm­sil edən iş­ti­rak­çı­la­ra və sə­nət bay­ra­mı­nı iz­lə­yən çox­say­lı ta­ma­şa­çı au­di­to­ri­ya­sı­na unu­dul­maz an­lar bəxş et­di. İyu­lun 24-dən av­qus­tun 6-dək da­vam edən fes­ti­va­la 10-dan çox öl­kə­dən məş­hur kol­lek­tiv və ifa­çı­lar, elə­cə də Azər­bay­canın ta­nın­mış mu­si­qi­çi­lə­ri qa­tıl­mış­dı.
   
   Qax­da səy­yar kon­ser­t
   
   Bey­nəl­xalq fes­ti­va­lın ənə­nə­si­nə uy­ğun ola­raq bu il də kon­sert proq­ram­la­rın­dan bi­ri Qax şə­hə­rin­də ger­çək­lə­şib. Av­qus­tun 1-də Qax şə­hə­rin­də­ki “İ­çə­ri­ba­zar” Tu­rizm və Mə­də­niy­yət Mər­kə­zin­də Üze­yir Ha­cı­bəy­li adı­na Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı­nın gənc­lər ka­me­ra or­kest­ri­nin kon­ser­ti təq­dim edi­lib.
   Kon­ser­tin fəx­ri qo­naq­la­rı ara­sın­da fes­ti­va­lın bə­dii rəh­bər­lə­rin­dən bi­ri, Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı­nın rek­to­ru, Xalq ar­tis­ti Fər­had Bə­dəl­bəy­li, fes­ti­val iş­ti­rak­çı­sı, ABŞ-da ya­şa­yan məş­hur pia­no­çu, BMT ya­nın­da Bey­nəl­xalq İn­cə­sə­nət Aka­de­mi­ya­sı­nın fəx­ri aka­de­mi­ki, pro­fes­sor Ok­sa­na Yab­lons­ka­ya və di­gər ta­nın­mış mu­si­qi­çi­lər olub.
   Kon­sert­dən əv­vəl Xalq ar­tis­ti Fər­had Bə­dəl­bəy­li çı­xış edə­rək V Qə­bə­lə Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lı ba­rə­də mə­lu­mat ve­rib, fes­ti­val çər­çi­və­sin­də kon­sert­lər­dən bi­ri­nin ar­tıq ikin­ci il­dir ki, Azər­bay­ca­nın dil­bər gu­şə­lə­rin­dən olan Qax ra­yo­nun­da ke­çi­ril­di­yi­ni diq­qə­tə çat­dı­rıb.
   Bil­di­ri­lib ki, 2010-cu il­də ya­ra­dı­lan Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı­nın gənc­lər ka­me­ra or­kest­ri­nin he­yə­ti­nə bey­nəl­xalq mü­sa­bi­qə­lər lau­reat­la­rı, is­te­dad­lı ifa­çı­lar da­xil­dir. Or­kest­rin bə­dii rəh­bə­ri Xalq ar­tis­ti Fər­had Bə­dəl­bəy­li, di­rek­to­ru ta­nın­mış pia­no­çu, Xalq ar­tis­ti Ye­ga­nə Axun­do­va­dır. Kol­lek­ti­vin re­per­tua­rın­da Azər­bay­can, Qər­bi Av­ro­pa və rus bəs­tə­kar­la­rı­nın əsər­lə­ri yer alır. Ka­me­ra or­kest­ri ilə SSRİ xalq ar­tist­lə­ri Fər­had Bə­dəl­bəy­li, Fi­dan Qa­sı­mo­va, Azər­bay­ca­nın xalq ar­tist­lə­ri Xu­ra­man Qa­sı­mo­va, Sər­vər Qə­ni­yev, Mu­rad Adı­gö­zəl­za­də və di­gər ta­nın­mış ifa­çı­lar çı­xış edib­lər. Kol­lek­tiv İta­li­ya, Fran­sa, Tür­ki­yə, Bir­ləş­miş Ərəb Əmir­lik­lə­rin­də və di­gər öl­kə­lər­də uğur­la çı­xış edib.
   Kon­sert­də Müs­lüm Ma­qo­ma­ye­vin “Azər­bay­can”, Sol­tan Ha­cı­bə­yo­vun “Sker­so”, Fik­rət Əmi­ro­vun “Ni­za­mi sim­fo­ni­ya­sı”, Ni­ya­zi­nin “Ar­zu”, E.Q­ri­qin “Hol­berq döv­rün­dən” süi­ta­sı, Er­nes­to de Kur­ti­sin “So­ren­to­ya qa­yıt” və di­gər əsər­lər, ha­be­lə Azər­bay­can xalq mah­nı­la­rı ifa olu­nub. So­list­lər Mə­hər­rəm Hü­seyn­li, Azər Rzazadə, Afaq Ab­ba­so­va və Ni­gar Şa­ba­no­va­nın ifa­la­rı ta­ma­şa­çı­lar tə­rə­fin­dən bö­yük rəğ­bət­lə qar­şı­la­nıb.
   
   Dün­ya şöh­rət­li or­kestr fes­ti­va­la rəng qat­dı
   
   V Qə­bə­lə Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lında iş­ti­rak edən ta­nın­mış kol­lek­tiv­lər­dən bi­ri də “Ye­ni Ru­si­ya” Döv­lət Sim­fo­nik Or­kest­ri idi. Or­kestr av­qus­tun 1-i, 2-si, 4-ü və 5-də rən­ga­rəng kon­sert proq­ram­la­rı ilə çı­xış edib.
   Xalq ar­tis­ti, “Şöh­rət” or­den­li, Pre­zi­dent tə­qaüd­çü­sü Ra­uf Ab­dul­la­ye­vin di­ri­jor­lu­ğu ilə ke­çi­ri­lən ilk kon­sert­də or­kestr Azər­bay­can, Ru­si­ya və Av­ro­pa bəs­tə­kar­la­rı­nın əsər­lə­rin­dən par­ça­lar səs­lən­di­rib. Kon­sert­də M.İ.Q­lin­ka­nın “Rus­lan və Lyud­mi­la” ope­ra­sın­dan, S.Pro­kof­ye­vin “Ro­meo və Cül­yet­ta” ba­le­tin­dən, Q.Qa­ra­ye­vin “Ley­li və Məc­nun”, A.­Mə­li­ko­vun “Na­ğıl” sim­fo­nik poe­ma­sın­dan par­ça­lar ifa olu­nub. Dün­ya şöh­rət­li kol­lek­tiv ta­ma­şa­çı­la­ra və xa­ri­ci öl­kə­lər­dən Qə­bə­lə­yə gəl­miş tu­rist­lə­rə unu­dul­maz ge­cə bəxş edib.
   “Ye­ni Ru­si­ya” Döv­lət Sim­fo­nik Or­kest­ri­nin av­qus­tun 2-də təq­dim edi­lən kon­ser­ti də Xalq ar­tis­ti Ra­uf Ab­dul­la­ye­vin di­ri­jor­lu­ğu ilə baş tu­tub. Proq­ram­da klas­sik rus və Av­ro­pa bəs­tə­kar­la­rı­nın əsər­lə­rin­dən par­ça­lar ifa olu­nub.
   Müs­lüm Ma­qo­ma­yev adı­na Azər­bay­can Döv­lət Fi­lar­mo­ni­ya­sı­nın di­rek­to­ru, Xalq ar­tis­ti, ta­nın­mış pia­no­çu Mu­rad Adı­gö­zəl­za­də or­kest­rin mü­şa­yiə­ti ilə Lüd­viq van Bet­ho­ve­nin “Eq­mont” uver­tü­ra­sı­nı, elə­cə də “Yed­din­ci sim­fo­ni­ya” və di­gər əsər­lə­rin­dən par­ça­la­rı təq­dim edib, gö­zəl ifa­sı ilə din­lə­yi­ci­lə­rin qəl­bi­nə yol ta­pıb.
   Av­qus­tun 4-də “Ye­ni Ru­si­ya” Döv­lət Sim­fo­nik Or­kest­ri­nin növ­bə­ti kon­ser­ti Mad­rid Döv­lət Uşaq Xo­ru­nun bə­dii rəh­bə­ri Quin­tas Bor­ja­nın di­ri­jor­lu­ğu ilə ger­çək­lə­şib. Bu də­fə də proq­ram­da rus və Av­ro­pa bəs­tə­kar­la­rı­nın əsər­lə­rin­dən par­ça­lar səs­lən­di­ri­lib.
   Or­kest­rin mü­şa­yiə­ti ilə Pyotr Çay­kovs­ki­nin “Al­leg­ro bril­lian­te”, “An­dan­te non brop­po”, “Al­leg­ro con fuo­co”, Pa­ul Dü­ka­nın “Se­hir­ba­zın şa­gir­di” əsər­lə­ri, elə­cə də Mo­ris Ra­ve­lin “Daf­nis və Xlo­ya” ba­le­tin­dən süi­ta təq­dim olu­nub. Ta­nın­mış ru­si­ya­lı pia­no­çu, ABŞ-da­kı Cu­lian Mu­si­qi Aka­de­mi­ya­sı­nın pro­fes­so­ru Ok­sa­na Yab­lons­ka­ya­nın gö­zəl çı­xı­şı al­qış­lar­la qar­şı­la­nıb.
   Av­qus­tun 5-də mu­si­qi­se­vər­lər “Ye­ni Ru­si­ya” Döv­lət Sim­fo­nik Or­kest­ri­nin mü­şa­yiə­ti ilə “A­ta­lar və oğul­lar” ad­lı kon­sert proq­ra­mı­nı iz­lə­yib­lər. Or­kest­rin bə­dii rəh­bə­ri və baş di­ri­jo­ru, “Mosk­va so­list­lə­ri” ka­me­ra an­samb­lı­nın ya­ra­dı­cı­sı, “Qrem­mi” mü­ka­fa­tı lau­rea­tı Yu­ri Baş­me­tin rəh­bər­li­yi ilə ke­çi­ri­lən kon­sert­də Mo­ris Ra­ve­lin “Qa­ra­çı qız”, Pab­lo Sa­ra­sa­te­nin “Qa­ra­çı nəğ­mə­lə­ri”, Corc Bi­ze-Ro­dion Şed­ri­nin “Kar­men süi­ta­sı” və di­gər əsər­lər səs­lən­di­ri­lib.
   Kon­sert­də müx­tə­lif nü­fuz­lu fes­ti­val­la­rın iş­ti­rak­çı­la­rı və bey­nəl­xalq mü­sa­bi­qə­lər lau­reat­la­rı - ta­nın­mış pia­no­çu­lar Ni­na Ko­qan, Vik­to­ri­ya Kor­çins­ka­ya-Ko­qan, Kse­ni­ya Baş­­met, skrip­ka­çı­lar Da­niel Mil­kis və El­vin Qə­ni­yev çı­xış edib­lər. Kon­sert ta­ma­şa­çı­lar tə­rə­fin­dən bö­yük ma­raq­la qar­şı­la­nıb.
   Qeyd edək ki, “Ye­ni Ru­si­ya” Döv­lət Sim­fo­nik Or­kest­ri 1990-cı il­də ya­ra­dı­lıb. 2010-cu il­də Ru­si­ya Fe­de­ra­si­ya­sı Pre­zi­den­ti­nin xü­su­si mü­ka­fa­tı­na la­yiq gö­rül­ən or­kest­rin bə­dii rəh­bə­ri dün­ya şöh­rət­li mu­si­qi­çi Yu­ri Baş­met­dir. Onun rəh­bər­li­yi döv­rün­də or­kest­rin fəa­liy­yə­tin­də ye­ni sə­hi­fə açı­lıb, kon­sert coğ­ra­fi­ya­sı və re­per­tua­rı ge­niş­lə­nib. Bir çox öl­kə­lər­də kon­sert­lər ve­rən kol­lek­tiv məş­hur mu­si­qi­çi­lər­lə əmək­daş­lıq edir.
   
   Lit­va­lı pia­no­çu­nun mu­si­qi ax­şa­mı
   
   Av­qus­tun 3-də fes­ti­val çər­çi­və­sin­də da­ha bir yad­da­qa­lan kon­sert proq­ra­mı olub. Ka­me­ra mu­si­qi­si ax­şa­mın­da müx­tə­lif nü­fuz­lu fes­ti­val­la­rın iş­ti­rak­çı­sı və bey­nəl­xalq mü­sa­bi­qə­lə­rin lau­rea­tı, ta­nın­mış Lit­va pia­no­çu­su xa­nım Mu­za Ru­bas­ki­te ta­ma­şa­çı­la­ra klas­sik Av­ro­pa bəs­tə­kar­la­rı­nın, o cüm­lə­dən Lüd­viq Van Betho­ve­nin “So­na­ta”, Fe­rents Lis­tin “Ve­ne­si­ya və Nea­pol”, “Dan­te­ni oxu­yar­kən” əsər­lə­ri­ni təq­dim edib.
   Sankt-Pe­ter­burq­da pia­no­çu­la­rın bey­nəl­xalq mü­sa­bi­qə­si­nin qa­li­bi ol­muş Mu­za Ru­bas­ki­te Av­ro­pa, ABŞ, Cə­nu­bi Ame­ri­ka, Asi­ya­nın bir çox şə­hər­lə­rin­də kon­sert proq­ram­la­rı ilə çı­xış edib. Ötən əs­rin 90-cı il­lə­ri­nin son­la­rın­dan ta­nın­ma­ğa baş­la­yan Mu­za Ru­bas­ki­te ha­zır­da Lit­va­da müa­sir caz, pia­no ifa­çı­lı­ğı­nın ən par­laq si­ma­la­rın­dan bi­ri­dir. Dün­ya şöh­rət­li pia­no­çu in­di­yə­dək bir sı­ra mü­ka­fat­la­rın lau­rea­tı olub. İfa­çı­lıq­la ya­na­şı, Fran­sa­nın pay­tax­tı Pa­ris­də pe­da­qo­ji fəa­liy­yət­lə də məş­ğul olan ta­nın­mış pia­no­çu­nun bir sı­ra məş­hur səs­yaz­ma şir­kət­lə­rin­də mu­si­qi al­bom­la­rı işıq üzü gö­rüb.
   
   Gənc­lə­rin çı­xı­şı ta­ma­şa­çı­la­rın qəl­bi­nə yol tap­dı
   
   Hə­min gün fes­ti­va­lın proq­ra­mı­na uy­ğun ola­raq Üze­yir Ha­cı­bəy­li adı­na Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı­nın (BMA) gənc­lər ka­me­ra or­kest­ri açıq səh­nə­də ta­ma­şa­çı­la­ra ma­raq­lı kon­sert proq­ra­mı təq­dim edib.
   Al­ma­ni­ya­nın Köln Ali Mu­si­qi Mək­tə­bi­nin tə­lə­bə­si, is­te­dad­lı gənc mu­si­qi­çi Fu­ad İb­ra­hi­mo­vun di­ri­jor­lu­ğu ilə baş tu­tan kon­sert­də BMA-nın gənc­lər ka­me­ra or­kest­ri klas­sik Azər­bay­can və Av­ro­pa bəs­tə­kar­la­rı­nın əsər­lə­rin­dən par­ça­lar səs­lən­di­rib.
   Kon­sert­də Vo­kal­çı­la­rın Bül­bül adı­na V Bey­nəl­xalq Mü­sa­bi­qə­si­nin lau­rea­tı Azər Rza­za­də, vo­kal­çı Mə­hər­rəm Hü­seyn­li, Azər­bay­can Döv­lət Aka­de­mik Ope­ra və Ba­let Teat­rı­nın so­lis­ti Afaq Ab­ba­so­va, gənc xa­nən­də Ni­gar Şa­ba­no­va, Əmək­dar ar­tist, Pre­zi­dent mü­ka­fat­çı­sı Sa­hib Pa­şa­za­də çı­xış edib.
   Or­kest­rin mü­şa­yiə­ti ilə mu­si­qi­çi­lər Cü­zep­pe Ver­di­nin “Tra­via­ta brin­di­zi”, Ed­vard Qri­qin “Hol­berq döv­rün­dən”, E.­de Kur­ti­sin “So­ren­to­ya qa­yıt”, And­rea Bik­sio­nun “Par­la­mi d"A­mor”, Ge­orq Frid­rix Hen­de­lin “Pas­sa­ka­li­ya”, Ed­vard El­qa­rın “Sa­lut de Amor”, As­tor Pia­zol­la­nın “Fu­ga mis­te­rio”, Fik­rət Əmi­ro­vun “Ni­za­mi” sim­fo­ni­ya­sı, Sol­tan Ha­cı­bə­yo­vun “Sker­so”, Ni­ya­zi­nin “Ar­zu”, “Qay­ta­ğı”, Fər­had Bə­dəl­bəy­li­nin “Də­niz”, Va­sif Adı­gö­zə­lo­vun “Qə­rən­fil”, Müs­lüm Ma­qo­ma­ye­vin “A­zər­bay­can”, Va­qif Mus­ta­fa­za­də­nin “Mart”, To­fiq Qu­li­ye­vin “Ə­ziz su­rət” əsər­lə­ri­ni, elə­cə də Azər­bay­can xalq mah­nı­la­rı­nı təq­dim edib­lər. Gənc­lə­rin çı­xış­la­rı al­qış­lar­la qar­şı­la­nıb.
   Son­da Müs­lüm Ma­qo­ma­yev adı­na Azər­bay­can Döv­lət Fi­lar­mo­ni­ya­sı­nın di­rek­to­ru, Xalq ar­tis­ti Mu­rad Adı­gö­zəl­za­də­nin ifa­sı ta­ma­şa­çı­la­ra unu­dul­maz an­lar bəxş edib.
   
   Növ­bə­ti ka­me­ra mu­si­qi­si ax­şa­mı
   
   Av­qus­tun 5-də fes­ti­va­lın proq­ra­mı­na uy­ğun ola­raq da­ha bir ka­me­ra mu­si­qi­si ax­şa­mı ke­çi­ri­lib. Kon­sert­də nü­fuz­lu fes­ti­val­la­rın iş­ti­rak­çı­la­rı və bey­nəl­xalq mü­sa­bi­qə­lər lau­reat­la­rı - ta­nın­mış pia­no­çu­lar Ni­na Ko­qan, Vik­to­ri­ya Kor­çins­ka­ya-Ko­qan, Kse­ni­ya Baş­met, ha­be­lə skrip­ka­çı Da­niel Mil­kis çı­xış edib.
   Proq­ram­da klas­sik Av­ro­pa bəs­tə­kar­la­rı Klod De­büs­si­nin, Frans Pu­len­kin for­te­pia­no üçün so­na­ta­la­rı, elə­cə də Frans Şu­ber­tin “Ar­peg­gio­ne” əsə­rin­dən par­ça­lar təq­dim edi­lib.
   Ka­me­ra mu­si­qi­si ax­şa­mın­da “Ye­ni Ru­si­ya” Döv­lət Sim­fo­nik Or­kest­ri­nin bə­dii rəh­bə­ri və baş di­ri­jo­ru, “Mosk­va so­list­lə­ri” ka­me­ra an­samb­lı­nın qu­ru­cu­su, “Qrem­mi” mü­ka­fa­tı­nın sa­hi­bi Yu­ri Baş­me­tin skrip­ka­da ifa­sı ta­ma­şa­çı­la­ra xü­su­si zövq ve­rib.

   Mu­si­qi bay­ra­mın­dan son­suz təəs­sü­rat­lar
   
   Fes­ti­va­la xa­ri­ci öl­kə­lər­dən gəl­miş ta­nın­mış mu­si­qi­çi­lər və mu­si­qi bay­ra­mı­nı iz­lə­yən əc­nə­bi tu­rist­lər Hey­dər Əli­yev Fon­du­nun möh­tə­şəm mə­də­niy­yət la­yi­hə­si­ni yük­sək qiy­mət­lən­di­rə­rək ürək söz­lə­ri­ni jur­na­list­lər­lə bö­lü­şüb­lər.
   “Bu mə­nim Azər­bay­ca­na ilk sə­fə­rim­dir. Qə­bə­lə Bey­nəl­xalq Mu­si­qi Fes­ti­va­lı haq­qın­da eşit­dim və bir ta­ma­şa­çı ola­raq bu fes­ti­va­lı ya­xın­dan iz­lə­mək is­tə­dim. Kon­sert­lər­dən bö­yük zövq al­dım. Qə­dim Qə­bə­lə qa­la­sı qey­ri-adi, gö­zəl və əs­ra­rən­giz mə­kan­lar­dan bi­ri­dir. Xal­ça­la­rı­nız gö­zəl­dir. Hət­ta xal­ça­la­ra olan ma­ra­ğım mə­ni on­la­rın is­teh­sal edil­di­yi müəs­si­sə­yə baş çək­mə­yə məc­bur et­di. Ba­kı­da xal­ça mu­ze­yi­nə baş çək­dim. Bu ecaz­kar mə­ka­na bir da­ha məm­nu­niy­yət­lə sə­fər edə­cə­yəm” - fes­ti­va­lı iz­lə­mək üçün Ni­der­land Kral­lı­ğın­dan gəl­miş tu­rist Ali­set Vin­der­lund təəs­sü­ra­tı­nı be­lə ifa­də edib.
   “Ba­kı­ya gəl­dik­dən son­ra öl­kə­ni­zə sə­fə­ri­min müd­də­ti­ni da­ha bir həf­tə uzat­dım. Bu gün Qə­bə­lə­yə gəl­dim. Gö­zəl at­mos­fer, tə­miz ha­va, tə­biət, me­şə in­sa­na fərq­li tə­sir ba­ğış­la­yır. Bu fü­sun­kar əra­zi­lə­rə ye­ni­dən sə­ya­hət et­mək is­tər­dim. Bu­ra­da mu­si­qi in­sa­nı məx­su­si cəlb edir. Açıq ha­va kon­sert­lə­ri, Ye­ru­sə­lim Sim­fo­nik Or­kest­ri və di­gər mu­si­qi­çi­lə­rin ifa­sı­na hey­ran qal­dım. Ta­nın­mış pia­no­çu İdil Bi­re­tin təq­dim et­di­yi kon­sert isə hə­qi­qə­tən möh­tə­şəm idi” - bu isə Ni­der­land­dan gəl­miş baş­qa bir tu­ris­tin - Vim Van­der­lin­de­nin ürək söz­lə­ri­dir.
   “A­zər­bay­can xal­qı­nın mu­si­qi du­yu­mu və qo­naq­pər­vər­li­yi çox yük­sək­dir. Əmi­nəm ki, növ­bə­ti il­lər­də Qə­bə­lə fes­ti­va­lı­nı iz­lə­mək üçün dün­ya­nın hər ye­rin­dən da­ha çox tu­rist bu ecaz­kar mə­ka­na axı­şa­caq­dır”, - de­yə fes­ti­va­lın iş­ti­rak­çı­sı, “Ye­ni Ru­si­ya” or­kest­ri­nin di­rek­to­ru Ro­bert Buş­kov bil­di­rib. Bey­nəl­xalq fes­ti­va­lın pay­taxt­dan kə­nar­da ke­çi­ril­mə­si­ni yük­sək qiy­mət­lən­di­rən qo­naq in­cə­sə­nət bay­ra­mın­da müx­tə­lif mə­də­niy­yət­lə­rin yük­sək sə­viy­yə­də təm­sil olun­du­ğu­nu xü­su­si­lə vur­ğu­la­yıb: “Fes­ti­va­la us­tad sə­nət­kar­lar­la ya­na­şı yer­li və xa­ri­ci gənc mu­si­qi­çi­lə­rin də cəlb olun­ma­sı on­la­rın gə­lə­cək kar­ye­ra­sı üçün çox va­cib­dir”.
   “Qə­bə­lə Şərq və Qərb mu­si­qi­si­nin ahəng­dar­lı­ğı­nı bir­ləş­di­rən bö­yük mə­də­niy­yət mər­kə­zi­nə çev­ri­lir” - bu söz­lə­ri isə Qne­sin­lər adı­na Ru­si­ya Mu­si­qi Aka­de­mi­ya­sı­nın do­sen­ti, ta­nın­mış di­ri­jor Alek­sandr So­lov­yov de­yib. Fes­ti­va­lın ər­sə­yə gəl­mə­sin­də Hey­dər Əli­yev Fon­du­nun xid­mət­lə­ri­ni yük­sək qiy­mət­lən­di­rən ta­nın­mış ru­si­ya­lı di­ri­jor bu la­yi­hə­nin Azər­bay­can mə­də­niy­yə­ti­nin təb­li­ği üçün ən yax­şı für­sət ol­du­ğu­nu bil­di­rib.
   “A­zər­bay­can­da özü­mü və­tə­nim­də­ki ki­mi hiss edi­rəm. Adə­tən mən xa­ri­ci sə­fər­lər­də özü­mü qə­rib sa­yı­ram və çox tez bir za­man­da ge­ri qa­yıt­maq is­tə­yi­rəm. Qə­bə­lə isə mə­nə çox fərq­li tə­sir ba­ğış­la­dı. Be­lə gö­zəl tə­biə­tin qoy­nun­da təş­kil edi­lən möh­tə­şəm fes­ti­va­la gö­rə Hey­dər Əli­yev Fon­du­na tə­şək­kür edi­rəm” - “Ye­ni Ru­si­ya” sim­fo­nik or­kest­ri­nin üz­vü Ye­ka­te­ri­na Qub­ko­va təəs­sü­ra­tı­nı be­lə ifa­də edib.
   “Qə­bə­lə fes­ti­va­lı ta­ma­şa­çı­la­rın qəl­bin­də si­lin­məz iz bu­ra­xa­caq. Bu gö­zəl mə­ka­nın in­san­la­rı çox sə­mi­mi, qo­naq­pər­vər­dir­lər. Si­zin mu­si­qi­çi­lər­lə ta­nış ol­dum, ye­ni dost­lar qa­zan­dım. Qə­bə­lə­yə ilk gə­li­şim­dir və bu gün­lə­ri heç vaxt unut­ma­ya­ca­ğam. Gö­zəl tə­biə­ti olan Qə­bə­lə­də klas­sik mu­si­qi in­san­da xoş ov­qat ya­ra­dır. Qə­bə­lə fes­ti­va­lı­na uzun il­lər və da­ha bö­yük uğur­lar ar­zu edi­rəm” - bu isə bey­nəl­xalq mü­sa­bi­qə­lər lau­rea­tı, ta­nın­mış lit­va­lı pia­no­çu xa­nım Mu­za Ru­bats­ki­te­nin ürək sözləridir.