Xalq artisti Alim Qasımov Fransa və Türkiyədə konsert proqramı ilə çıxış edəcək. Xanəndənin bildirdiyinə görə, konsert proqramı folklor musiqisinin dünyada təbliği ilə məşğul olan beynəlxalq fond tərəfindən reallaşdırılacaq. Sənətkar sentyabrın 15-də Fransada, sentyabrın 25-də isə Türkiyədə konsert verəcək.
   Xarici səfərlərdə muğam ifaçısının qızı Fərqanə Qasımova da iştirak edəcək. Sənətçiləri kamançada Rauf İslamov, tarda Zəki Vəliyev, balabanda Rafael İsgəndərov müşayiət edəcək.