Ukraynanın məşhur kurort şəhəri Yaltada dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub.   
   A.Çexov adına teatrın səhnəsində təşkil olunan konsertdə populyar şou-biznes ulduzları çıxış edib, Müslüm Maqomayevin repertuarından mahnılar səslənib. Aparıcı çıxışlararası fasilələrdə musiqiçinin tərcümeyi-halından maraqlı faktlar danışıb. Rusiya Dövlət Akademik Böyük Teatrının solistləri Yuri Zaytsman, Sergey Plyusnin və başqalarının ifasında mahnılar səslənib.
   Konsertin təşkilatçılarının - “Dünya istedadları” fondu kollektivinin fikrincə, bu, böyük artist və musiqiçinin xatirəsinə və istedadına olan ehtiramı nümayiş etdirir.
   Krımın Azərbaycan icmasının başçısı Rəhim Hümbətov gözəl gecəyə görə artistlərə minnətdarlığını bildirib.