Avqustun 29-da Moskvanın Beynəlxalq konsert zalında JTI şirkətinin dəstəyi ilə muğam musiqisi konserti keçiriləcək. Şirkətin Azərbaycan nümayəndəliyindən bildiriblər ki, konsertdə tarzən Rövşən Qurbanovun rəhbərliyi altında “Buta” instrumental ansamblının müşayiəti ilə gənc muğam ifaçıları Arzu Əliyeva və Elnur Zeynalov çıxış edəcəklər. Konsertdə muğam sənətinin parlaq nümunələri səslənəcək. Konsert JTI şirkətinin Azərbaycan mədəniyyətinin, o cümlədən muğam musiqisinin təbliğinə dəstəyi çərçivəsində keçirilir.