Avqustun 24-25-də Rimini şəhərində “Rimini stars- 2013” Beynəlxalq musiqi festivalı keçirilib. Festivalda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə T.Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin üçüncü sinif şagirdi Ayan Məmmədli təmsil edib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, yeniyetmə ifaçı müsabiqədə fortepiano nominasiyası üzrə birinci yerə layiq görülüb.
Bundan əvvəl Ayan Məmmədli cari ilin martında Estoniyanın Narva şəhərində keçirilmiş musiqi festivalının da qalibi olub.