Əməkdar artist Tünzalə Ağayevanın ifa etdiyi “Mənim Prezidentim” musiqi parçasını artıq sosial şəbəkələrdə və Azərbaycanın bütün radiolarından dinləmək mümkündür. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından bildiriblər ki, dövlətimizin başçısının son 10 il ərzində apardığı uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq məqsədilə yaradılmış musiqi gənclərin təşəbbüs qrupunun himninə çevrilib.
Musiqi əsərinin sözlərinin müəllifi İsmayıl Dadaşov, bəstəkarı isə Tünzalə Ağayevadır. Himni dinləmək üçün www.mp2013.az veb-saytına daxil olmaq kifayətdir.