Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Beynəlxalq Muğam Mərkəzində 4-cü muğam televiziya müsabiqəsi keçirilir. Müsabiqəni nəinki ölkəmizdə, digər dövlətlərdə də böyük maraqla izləyirlər. Sənət yarışmasının növbəti turu da rəngarəng ifalar və həyəcan dolu anlarla yadda qalıb.
   Avqustun 6-dan başlanan müsabiqə muğamlarımızı təbliğ etməklə yanaşı, şifahi və yazılı ədəbiyyat nümunələrimizi də dünyaya çatdırır. Müsabiqənin ənənəsinə uyğun olaraq hər həftə bir dahi Azərbaycan şairinin yaradıcılığına müraciət olunur. İndiyədək Nizami Gəncəvi, Füzuli, Nəsiminin qəzəlləri üzərində muğam və təsnifləri ifa edən gənclər bu dəfə Xaqaninin sözlərini də ifalarına qatıblar.
   Muğam televiziya müsabiqəsi həftədə iki dəfə çərşənbə axşamı və cümə axşamı keçirilir. Müsabiqənin konsertləri Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı ilə canlı yayımlanır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar