Azərbaycan paytaxtı növbəti beynəlxalq musiqi tədbirinə ev sahibliyi edəcək. 23 oktyabr - 2 noyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə beynəlxalq caz festivalı keçiriləcək. Ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.
   Festival çərçivəsində Heydər Əliyev Sarayında, Beynəlxalq Muğam Mərkəzində və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James and David Sanborn, Kristof Çex və başqalarının çıxışları gözlənilir.
   Eyni zamanda, Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.