Ölkəmizin Polşadakı səfirliyi tərəfindən “Azərbaycan eposları” seriyasından “Koroğlu”, “Oğuzxan” və “Azərbaycan folkloru” kitabları çap edilib. “Xalq hikmətləri” başlığı altında işıq üzü görən kitablar Diasporla İş üzrə Dövlət Komitəsi, Vrotslav və Lodz universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində nəşr olunub.
Kitablar Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib. Son illər səfirlik tərəfindən Qarabağ münaqişəsi, ölkəmizin mədəniyyət, incəsənət və mətbəxi haqqında polyak dilində 40-dan çox kitab çap olunub.