Xəbər verdiyimiz kimi, 23 oktyabr - 2 noyabr tarixlərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Musiqi bayramına dünyanın müxtəlif ölkələrindən məşhur ifaçılar qatılacaq.
Festival çərçivəsində oktyabrın 31-də Heydər Əliyev Sarayında dünya şöhrətli amerikalı cazmen, bəstəkar Markus Millerin solo konserti keçiriləcək. Sarayın mətbuat xidmətindən bildiriblər ki, bas gitara, saksafon və klarnetdə mahir ifaları ilə tanınan musiqiçi dəfələrlə ən nüfuzlu musiqi mükafatı olan “Qremmi”yə layiq görülüb. Konsertin biletlərini şəhərin kassalarından əldə etmək mümkündür.