Oktyabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikovun 80 illik yubileyi qeyd olunacaq.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səslənəcək. Orkestrin bədii rəhbər və baş dirijoru Xalq artisti Rauf Abdullayevdir.