Xəbər verdiyimiz kimi, 23 oktyabr - 2 noyabr tarixlərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Festivalda dünyanın məşhur caz ifaçıları iştirak edəcək. Musiqi bayramında Heydər Əliyev Sarayında da konsert proqramları nəzərdə tutulub.
Festival çərçivəsində noyabrın 2-də Heydər Əliyev Sarayında dünya şöhrətli amerikalı caz ifaçıları - pianoçu və bəstəkar Bob Ceyms (James) və saksafonçu David Sanbornun solo konserti keçiriləcək. Biletləri şəhərin kassalarından əldə etmək olar. Saat 20.00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-70 manat arasındadır.