Fransada keçirilən beynəlxalq “Cazkolor” festivalı çərçivəsində noyabrın 7-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı cazmenlərin konserti təşkil edilib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov qonaqları salamlayaraq 24 ölkənin təmsil olunduğu festivalda azərbaycanlı cazmenlərin iştirakından məmnunluğunu diqqətə çatdırıb. Səfir əsasını ötən əsrin 30-cu illərindən götürən Azərbaycan caz sənəti barədə məlumat verib. On ildən çoxdur ki, Bakıda beynəlxalq caz festivallarının keçirildiyini xatırladan E.Əmirbəyov bu günlərdə gerçəkləşən növbəti festivala dünyanın tanınmış ifaçılarının qatıldığını deyib.
Beynəlxalq “Cazkolor” festivalı prezidentinin müavini xanım Valeri Qiler festivalın tarixi barədə qısa məlumat verib, belə möhtəşəm tədbirdə Azərbaycanın ilk dəfə təmsil olunduğunu yüksək qiymətləndirib.
Sonra caz üçlüyü - Elçin Şirinovun (piano), Səlim Məmmədovun (bass) və Elvin Bəşirovun (zərb alətləri) ifasında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun, caz ustalarından Rafiq Babayevin, Qərb bəstəkarlarının əsərləri səslənib.
Azərbaycanlı musiqiçilərin çıxışları böyük rəğbətlə qarşılanıb. Gənc cazmenlər noyabrın 9-da Qrenobl şəhərində də konsert proqramı ilə çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar