Noyabrın 13-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Xalq artisti, professor Tofiq Bakıxanovun əsərlərindən ibarət kamera musiqisi axşamı olacaq. Konsertdə bəstəkarın müxtəlif illərdə bəstələdiyi musiqi əsərlərindən viola və piano üçün sonatası, iki prelüdü, “Bağışla məni”, “Yadıma düşdü” və “Sevən könül” romansları, viola və piano üçün ”Elegiya” əsəri və digər nümunələr səsləndiriləcək.