Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Junior Eurovision-2013” mahnı müsabiqəsində ölkəmizi 10 yaşlı Bakı məktəblisi Rüstəm Kərimov təmsil edir. Təmsilçimiz müsabiqədə “Mən və mənim gitaram” mahnısını oxuyacaq. Mahnının müəllifi Dmitri Saratskidir. Noyabrın 30-da keçiriləcək finalda Rüstəm Kərimov səhnəyə ikinci çıxacaq.