Heydər Əliyev Sarayında gənc ifaçıların konserti

Dekabrın 2-də Heydər Əliyev Sarayında “Soyuq qışın isti nəğmələri” adlı gənc ifaçıların konserti keçiriləcək. Saraydan verilən məlumata görə, konsertdə Amil Həsənoğlu, Pərviz Abdullayev, Rəvanə Ərəbova, Roza Zərgərli, Akif Əliyev, Könül Məmmədli, Məryəm Kərimova, Arzu Mirzəyeva, Nicat Məhərrəmli, Tural Əzimov, Kənan Qədimov, Hüseyn Avdullayev, Kamran Abdullayev, Aydan Quliyeva, Sadıq Məmmədov, Mahir Quliyev (qarmon), Cavid Rasimoğlu (skripka), Elvin Mehmanlı və İbrahim Sadıxov (saz) çıxış edəcək.
Proqramda Xalq artisti Cəmilə Bayramovanın rəhbərliyi ilə “Dəcəl qızlar” rəqs ansamblı, “Qala” qrupu, Orxan Mirzəyevin (qarmon) rəhbərliyi ilə “Bakı” instrumental qrupunun çıxışları da yer alıb.