Dekabrın 10-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Yeganə Tapdıqovanın şagirdlərinin konserti olub. Konsertdə İsmayıl Əsədov (skripka), Lalə Əmirli (fleyta), Murad İbrahimov (violençel), Pərvin Aşari (arfa), Qəmərxanım Məmmədova (skripka) çıxış ediblər. Konsertmeysteri Sara Novruzova olan proqramda A.Zeynallı, İ.S.Bax, İ.Brams, F.Şubert və digər bəstəkarların əsərləri səsləndirilib.