Dekabrın 5-dən 9-dək Latviya paytaxtında gənc vokalçıların beynəlxalq “Riga Symphony-2013” festivalı keçirilib. Müsabiqədə 20-dən çox ölkədən solistlər və ansambllar çıxış edib. Münsiflər heyətinin işində və festivalın ustad dərslərində iştirak etmək üçün ABŞ, Britaniya, İtaliya, Rusiya və digər ölkələrin tanınmış pedaqoq və vokalçıları Riqaya dəvət edilib.
Vokalçıların bu müsabiqəsində Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirmələri Mərziyə Hüseynova, Ellara Əliyeva, Sona İsgəndərli və Çinarə Əzimova təmsil edib. Kollektivin rəhbəri Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının dosenti, fəlsəfə doktoru İradə Xəlilovadır.
6-cı sinif şagirdi Çinarə Əzimova akademik vokal nominasiyasında “Laçın” xalq mahnısını ifa edərək müsabiqənin Qran-prisini qazanıb.
Qala-konsertdə 10-cu sinif şagirdi Mərziyə Hüseynova “Evləri var xana-xana” xalq mahnısını, 8-ci sinif şagirdi Ellara Əliyeva “Elə demə, zalım yar”, Sona İsgəndərli isə “Kəklik” mahnısını ifa edərək hər üçü mükafata layiq yerləri tutublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar